Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yasamal rayonu Həsən Məcidov 119 ünvanında müxtəlif cinsli ağacların kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Yaşıllıqlara dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

“Kəsilmiş ağacların əvəzinə yeni ağacların əkilməsi məqsədilə Bakı  şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.
Paylaş:
Tam mətni oxu →