• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • IRENA Bakıda Pre-COP çərçivəsində rəsmi hesabat təqdim edəcək

    07

    okt

    IRENA Bakıda Pre-COP çərçivəsində rəsmi hesabat təqdim edəcək

    Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Bakıda keçiriləcək Pre-COP29-da bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasına dair hesabat dərc etməyi planlaşdırır.

    “Report” xəbər verir ki, bu barədə agentliyin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

    “BƏƏ-də əldə edilmiş konsensusun enerji məqsədlərinə nail olunması istiqamətində irəliləyişləri izləmək vəzifəsinin həvalə olunduğu mühafiz kimi IRENA və tərəfdaşları gələn həftə Bakıda keçiriləcək Pre-COP29-da bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının üç dəfə artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində irəliləyişə dair rəsmi hesabat təqdim edəcəklər”, - məlumatda bildirilib.

    Tarix : 7-10-2024, 18:05 | Oxunub: 1 496