əməkdaşları tərəfindən məlum problemlrlə bağlı tərtib edilən protokollar, yazılan cərimələr belə regionda acınacaqlı ekoloji vəziyyətin düzəlməsinə nail ola bilmir. Yerli camaatın dili ilə desək səbəb birdir, "çalışmayan icra orqanları, işləməyən bələdiyyə qanunları". Necə deyərlər, qanunsuz zibil poliqonlarıyla, COP 29 -un üzün ağ etməyən rayonlarımız və cavabdeh məmurlarımız nəyə və kimə xidmət edir. Axı bizim Müzəffər Prezidentimiz dəfələrlə deyib: "Məmurlar xalqın xidmətçisidir"Ətraflı videosujetdə:
Qeyd edək ki, Ekologiya.az-ın əməkdaşları Regionlarımızda məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması səbəbindən ətraf mühütə və ekologiyaya vurulan ciddi ziyanla bağlı, çoxsaylı vətəndaş şikayətlərinə əsasən Hacıqabul, Kürdəmir, Ucar, Göycay, Ağsu, Beyləqan və İsmayıllı rayonlarında araşdırmalar aparacaq, videosujetlər hazırlayacaq. Bizi izləyin!
Tam mətni oxu →