Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bu ilin sonunadək Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar salınacaq
XƏBƏRLƏR

Bu ilin sonunadək Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar salınacaq


Hazırda Cəbrayıl rayonunda 30 hektar, Füzuli rayonunda isə 16,7 hektar yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq işləri aparılır. Bu ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur.


Ekologiya.az xəbər verir ki, bu sözləri Laçın şəhərində keçirilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə meşəbərpa layihələrinə uyğun olaraq, Zəngilanda 85 hektar, Qubadlıda 35 hektar və Cəbrayılda 45 hektar meşə fondu sahəsində torpaq hazırlığı işləri yekunlaşıb və ilin sonunadək bu ərazilərdə də əkin və səpin işlərinin aparılması planlaşdırılır.

Paylaş:
Tam mətni oxu →