Tam versiya
Ana səhifə XƏBƏRLƏR DETX bu rayon ərazilərində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edib
XƏBƏRLƏR

DETX bu rayon ərazilərində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edib


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Oğuz, Cəlilabad və Masallı rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Elologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Quba rayonu Rustov kənd sakini Rəfail Alxasov, Oğuz rayonu Bucaq kənd sakini Bəyanət Məmmədov, Cəlilabad rayonu  Ataxana kənd sakinləri Pərviz Əhmədov, Rasim Sadıqov, Masallı rayonu Yolağac kənd sakinləri İsrail Abdullayev, Samir Abbasov, Taleh Şahmarov, Vəfa Babakişiyev, Habil Fətəliyev və Afər İbişov olduğu müəyyən edilib. 

Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

Paylaş:
Tam mətni oxu →