Ana səhifə›
XƏBƏRLƏR
›
Hacıqabulda yüzlərlə həyətyanı sahə su altında qalıb - FOTO
XƏBƏRLƏR
Hacıqabulda yüzlərlə həyətyanı sahə su altında qalıb - FOTO
Ekologiya
AMP
“Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq”.Bu barədə “Report”un Aran bürosuna Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.“Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar”, –icra başçısı bildirib.