• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 zolaqlarında minik avtomobili ilə hərəkətə müvəqqəti icazə verildi

    15

    okt

    COP29 zolaqlarında minik avtomobili ilə hərəkətə müvəqqəti icazə verildi

    Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından bu ayın sonuna qədər minik avtomobilləri də istifadə edə bilər.

    Ekologiya.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Küçələr:

    Bünyad Sərdarov

    Həsən Seyidbəyli

    Şeyx Şamil

    Mirzəağa Əliyev

    Adbulla Şaiq

    Həsənoğlu

    Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)

    Xocalı prospekti

    Şah İsmayıl Xətai prospekti

    Zuğulba yolu

    Zığ şossesi

    Bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

    Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.

    Həmin küçələr:

    Gülarə Qədirbəyova

    Niyazi

    İstiqlaliyyət

    Üzeyir Hacıbəyov

    Bakıxanov

    Koroğlu Rəhimov

    Neftçilər prospekti

    Heydər Əliyev prospekti

    Mehdi Hüseyn

    Teymur Elçin

    Parlament prospekti

    Nəriman Nərimanov

    Mikayıl Müşfiq

    Salyan şosesi

    Hava limanı şosesi

    Bülbül prospekti

    Azadlıq prospekti

    Həsən Əliyev

    Tarix : 15-10-2024, 17:53 | Oxunub: 1 896