Bu rayonlara güclü qar yağdı
Saat 10:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Əlibəydə (Zaqatala) 24 sm, Daşkəsəndə 9 sm, Gədəbəy, Şahdağda 5 sm, Qrızda 1 sm qar örtüyü əmələ gəlib.
Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Yevlax, Göyçay, Beyləqan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Xaltan, Lerik, Sumqayıt, Çilov adasında duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcək, 15-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Paylaş:
Tam mətni oxu →