Lazımından artıq qidanı israf etmə, sən də öz töhfəni ver!
Ərzaq istehsalı üçün böyük miqdarda resurslardan - torpaq, su və enerjidən istifadə olunur. Ərzaq israf edildikdə, bu ehtiyatların azalmasına və qida istehsalının səmərəliliyinə təsir göstərir.
2021-ci ildə təsərrüfat, nəqliyyat, saxlama, topdan satış və emal səviyyələrində məhsul yığımından sonra qlobal miqyasda itirilən qidanın miqdarı 13,2% (FAO, 2023), 2022-ci ildə pərakəndə, qida xidməti və məişət səviyyəsində yaranan qida tullantıları istehlakçılara təqdim edilən bütün qida məhsullarının 19 faizini təşkil edib (UNEP, 2024).
Sən də öz töhfəni ver, lazımından artıq qidanı israf etmə!