• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb

    18

    okt

    COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb.

    "Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü İsmayıl İsayev deyib.

    O bildirib ki, bu ayın sonunda görüləcək işlərin sınaq mərhələsinə başlanılacaq.

    "Tədbirə hazırlıq məqsədilə bütün mərhələlər tamamlanmaq üzrədir", - İ.İsayev qeyd edib.

    Qeyd edək ki, COP29 noyabrın 11-22-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək.

    Tarix : 18-10-2024, 16:45 | Oxunub: 1 368