• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Elnur Soltanov: COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq

    18

    okt

    Elnur Soltanov: COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq

    COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq.

    “Report”un məlumatına görə, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

    “COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, - o deyib.

    E.Soltanovun sözlərinə görə, bu barədə məlumat dezinformasiyadır. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyə çağırıb.

    Tarix : 18-10-2024, 19:45 | Oxunub: 1 432