Xəzər dənizində zəlzələ baş verib.Bu barədə Ekologiya.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 3.1 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 10:39-da qeydə alınıb.Zəlzələ ocağının dərinliyi 68 kilometr olub.