Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ov qaydalarını pozan şəxslər SAXLANILIB
XƏBƏRLƏR

Ov qaydalarını pozan şəxslər SAXLANILIB

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Masallı və Yevlax rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb. 

Ekologiya.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti öz facebook hesabında paylaşəm edib.

Araşdırma zamanı həmin şəxslərin Masallı rayonu Boradigah qəsəbə sakini Anar Əkbərov və Yevlax şəhər sakini Təbriz Həsənov olduğu müəyyən edilib, onlardan ov silahları, 8 ədəd qaşqaldaq və 6 ədəd ördək quşu aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Paylaş:
Tam mətni oxu →