• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ermənistan COP29-a qatılmaqdan imtina edir?

    31

    okt

    Ermənistan COP29-a qatılmaqdan imtina edir?

    İrəvan hələlik Bakıda keçiriləcək COP29 sammitində iştirakını təsdiqləmir.

    Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararart Mirzoyan bildirib.

    “COP29-da iştirakımız heç bir şəkildə təsdiqlənmir, dəvət almışıq, bu məsələdə heç bir rəsmi reaksiya və münasibət göstərmədik. Əlbəttə, bunu (iştirakı) istisna etmirik, amma nədən danışdığımızı anlamalıyıq”, - nazir vurğulayıb.

    Qeyd edək ki, COP29 sammiti noyabrda Bakıda keçiriləcək. Azərbaycan Ermənistanı sammitdə iştiraka dəvət edib.

    Tarix : 31-10-2024, 16:10 | Oxunub: 1 312