• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Departament rəhbəri: COP29 çərçivəsində Bakının nəqliyyat infrastrukturu beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməkdədir

    01

    noy

    Departament rəhbəri: COP29 çərçivəsində Bakının nəqliyyat infrastrukturu beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməkdədir

    COP29 tədbiri ilə bağlı hazırlıqların geniş miqyaslı olması və tədbirin keyfiyyətli təşkili üzərində çox ciddi işlər aparılıb. Bununla bağlı fevral ayından etibarən plan hazırlanıb.


    Ekologiya.az xəbər verir ki, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin rəhbəri Orxan Mahmudlu noyabrın 1-də keçirilən “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.

    Onun sözlərinə görə, bir çox sahədə irimiqyaslı işlər görülüb, iştirakçıların tədbir boyunca yüksək səviyyədə qarşılanması, onların rahat və təhlükəsiz şəkildə daşınması üçün bütün detallar diqqətlə planlaşdırılıb.


    “Xüsusilə Bakının nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi, qonaqların məkanlara çatdırılması, onların rahat hərəkət etməsinin təmin edilməsi kimi məsələlər prioritet olaraq nəzərə alınıb. Tədbirdə təxminən 50 mindən çox yüksək səviyyəli qonağın iştirak edəcəyi gözlənilir. Bu işlər çərçivəsində Bakının nəqliyyat və şəhər infrastrukturu da beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməkdədir”, - deyə Orxan Mahmudlu vurğulayıb.

    Tarix : 1-11-2024, 18:03 | Oxunub: 1 952