XƏBƏRLƏR
Suqovuşan su anbarına balıq körpələri buraxılıb - FOTO
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ekosistemlərin bərpası istiqamətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii su hövzələrinə balıq buraxılışı həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, DİN-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının, özəl balıqçılıq təsərrüfatının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeliyində fəaliyyət göstərən Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilmiş 52 000 ədəd çəkikimi balıq körpəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.