• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar “açıq qapı” günü keçiriləcək

    04

    noy

    Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar “açıq qapı” günü keçiriləcək


    Xəzər dənizi sahilində, Samur-Şabran ovalığında yerləşən Samur-Yalama Milli Parkının yaranması günündə - 5 noyabrda milli parkda “açıq qapı” günü keçiriləcək.

    Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkında ziyarətçilər turizm marşrutları boyunca hərəkət edərək unikal təbiət mənzərələrini seyr edə və Xəzər dənizinin sahilində payızın rəngarəng görüntüsündən həzz ala bilərlər. 
    Xatırladaq ki, Samur-Yalama Milli Parkı ətraf mühitin və Xəzər dənizinin sahil ekosisteminin mühafizəsi, bioloji müxtəlifliyinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Sərəncamı ilə yaradılıb.

    Ekologiya.az






    Tarix : 4-11-2024, 16:15 | Oxunub: 1 256