• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ərazilərdə 10 dərəcə şaxta olacaq, külək əsəcək - RƏSMİ

    05

    noy

    Bu ərazilərdə 10 dərəcə şaxta olacaq, külək əsəcək - RƏSMİ

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8°, gündüz 11-14° olacaq.

    Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% olacaq.


    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-8°, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

    Tarix : 5-11-2024, 16:20 | Oxunub: 3 384