• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Euronews"dan COP29-a hazırlıq prosesi ilə bağlı reportaj - VİDEO

    06

    noy

    "Euronews"dan COP29-a hazırlıq prosesi ilə bağlı reportaj - VİDEO

    "Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.

    Publika.az xəbər verir ki, reportajda bildirilir ki, COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi olacaq.

    "Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir", - süjetdə deyilir.

    Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait, nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazırlığını göstərir.

    Tarix : 6-11-2024, 08:50 | Oxunub: 1 336