COP29-da kibertəhlükəsizlik belə qorunacaq - İZAH
Xatırladıram ki, birdəfəlik telefon və notbuklar təhlükəsizlik məqsədilə istifadə edilir, qısa müddətlik- bir neçə zənglər üçün nəzərdə tutulur, məlumat sızmasını əngəlləyir, internetə çıxış olmur, yalnız SMS funksiya aktiv olur, istifadəçi məlumatları telefonda saxlanılmır, avadanlıq sonradan məhv edilir. Bəzi ölkələr və beynəlxalq qurumların da COP29-da iştirak edəcək nümayəndələrinə təhlükəsizlik məqsədilə bu tip avadanlıqlar təqdim etdikləri bildirilir. Maraqlıdır ki, xaricdəki müəyyən dairələr bunun məhz Azərbaycana qarşı edildiyini qabardırlar. Azərbaycana səfərin təhlükəli ola biləcəyi ilə bağlı xof yaratmaq istəyirlər. Guya burada hansıa bir Conun şəxsi telefonuna kiber müdaxilə ola bilər və məlumatları ələ keçirilə bilər.
"İstisna etmirəm ki, bizim xüsusi xidmət qurumları da bəzi xarici tədbirlərdə iştirak edən dövlət rəsmilərimiz, əhəmiyyətli informasiya daşıyıcısı ola biləcək vətəndaşlarımız üçün də bu tip tövsiyələr verirlər. Yəni belə praktikanın olmaması təəccüblü olardı",- deyə ekspert qeyd edib. /Musavat.com
Paylaş:
Tam mətni oxu →