“Mavi Xəzər sənin gözündə” poster-dizayn müsabiqəsinin qalibləri müəyyənləşdi
“Ümumdünya Dəniz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elan olunan poster-dizayn müsabiqəsi 25 oktyabr tarixində yekunlaşıb.
Müsabiqəyə ümumilikdə 38 poster təqdim olunub. Təqdim olunan posterlər orijinallıq, mövzuya uyğunluq, keyfiyyətin və ölçülərin düzgünlüyü, innovativ yanaşma meyarları üzrə qiymətləndirilib.