Məktəblilərə tullantıların düzgün idarə olunması üsulları haqqında məlumat verilib
Şagirdlərə erkən yaşlardan ekoloji şüurun aşılanması və tullantıların düzgün idarə olunmasını öyrətmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta təhsil müəssisələrində keçirilən görüşlər davam edib.
Qeyd edək ki, interaktiv formatda keçirilən görüşlər “Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emal həllərinin tətbiqi” layihəsi çərçivəsində keçirilir.
Layihə Bazel Konvensiyasının “Plastik Tullantı Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı və Qafqaz üzrə Regional Ekoloji Mərkəzin təşkilatçılığı ilə həyata keçirilir.