Tam versiya
Ana səhifə XƏBƏRLƏR Meteo.az mobil tətbiqi ilə hər kəs hava durumunu öyrənə biləcək
XƏBƏRLƏR

Meteo.az mobil tətbiqi ilə hər kəs hava durumunu öyrənə biləcək


Hava məlumatlarının, hava durumu ilə bağlı erkən xəbərdarlıqların daha  əlçatan olması məqsədilə Azərbaycanda meteo.az mobil tətbiqi istifadəyə verilib.

Bu barədə “Ekologiya.Az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, ödənişsiz təqdim olunan meteo.az tətbiqindən istifadə edən hər kəs  artıq “İOS” və  “Android” əməliyyat sistemləri ilə işləyən smartfon cihazları vasitəsilə ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıqlar haqqında məlumatları öyrənəcək, qısamüddətli hava proqnozu ilə yanaşı həftəlik hava proqnozlarını da əldə edə biləcək.



Paylaş:
Tam mətni oxu →