Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar
XƏBƏRLƏR

Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar


Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ictimai iaşə müəssisələrində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar.

Tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin  212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.
Paylaş:
Tam mətni oxu →