• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda güclü külək, rayonlarda duman var - Faktiki hava

    25

    noy

    Bakıda güclü külək, rayonlarda duman var - Faktiki hava

    Noyabrın 25-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib.

    Milli Hidrometrologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 23 m/s, Şahdağda 20 m/s, Balakən, Qobustan, Şabranda 18 m/s-dək güclənib.

    Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

    Tarix : 25-11-2024, 10:45 | Oxunub: 1 632