Nazirdən Bakıda ağac əkən sakinlərə böyük dəstək - məhv edilən ağacların yerinə xan çinarlar əkildi
Sakinlərin müraciətinə Ekologiya və təbii sərvətlər naziri şəxsən reaksiya verib.
Müraciət müəlliflərindən olan Ramin Ağayev deyib ki, nazirlik 32 ədəd xan çinarı ağacını onlara göndərib.
Ramin Ağayev cənab nazir Muxatar Babayevə xüsusi təşəkkür edib:
"Çox sağ olsun, cənab nazir müarciətimizə diqqət yetirdi və bizə ağac verilməsinə dair göstəriş verdi. Artıq
ağaclar əkildi. Güman edirik ki, dövlətin bizə verdiyi ağacları "Vialon MMC"nin əli baltalı əmıkdaşları məhv etməyə cürət etməzlər!"
Sakinlər özlərinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda, 14,5 sot torpaq sahəsində 50-dən çox Eldar şamı əkmişdilər. Ağaclar MMC əməkdaşları tərəfindən məhv edilmişdi. (Musavat.com)
Paylaş:
Tam mətni oxu →