Ana səhifə›
XƏBƏRLƏR
›
Bunu edənlər yüksək məbləğdə cərimələnəcək
XƏBƏRLƏR
Bunu edənlər yüksək məbləğdə cərimələnəcək
Ekologiya
AMP
Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyənləşir.
Ekologiya.az bildirir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.