Tam versiya
Ana səhifə XƏBƏRLƏR İndoneziya sahilində güclü zəlzələ olub
XƏBƏRLƏR

İndoneziya sahilində güclü zəlzələ olub

İndoneziya sahilində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.


Ekologiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Episentri təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 306 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 40 km dərinlikdə olub.


Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Paylaş:
Tam mətni oxu →