• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

    10

    dek

    Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

    Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

    "Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

    İclasda Xankəndi şəhərində həyata keçirilən infrastruktur layihələrin ekoloji qiymətləndirilməsi və layihələrin icrası zamanı tikinti altına düşən yaşıllıqların mühafizəsi tədbirləri müzakirə olunur.

    Tarix : 10-12-2024, 14:20 | Oxunub: 1 064