XƏBƏRLƏR
Bu gün Beynəlxalq Dağlar Günüdür
BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq 11 dekabr tarixi hər il dünyada Beynəlxalq Dağlar Günü kimi qeyd olunur.
Bu günün keçirilməsində məqsəd dağların qorunmasının vacibliyinə diqqət çəkmək, onların ekoloji, iqtisadi və mədəni əhəmiyyətini vurğulamaq, dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır.