ETSN sözçüsü İradə İbrahimova gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib
"Sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara görə dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit və güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.