• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimənin məbləği 300 manat oldu

    13

    dek

    Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimənin məbləği 300 manat oldu

    Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimənin məbləği 300 manat oldu.

    Ekologiya.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.


    Dəyişikliyə əsasən, 308.2-ci maddənin dispozisiyasında “zibil” sözü “tullantı” sözü ilə, sanksiyasında isə “otuz” sözü “üç yüz” sözləri ilə əvəz edilir.

    Qeyd edək ki, Prezident İlham Əliyev bu gün İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Tarix : 13-12-2024, 20:10 | Oxunub: 1 472