Tam versiya
Ana səhifə XƏBƏRLƏR Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
XƏBƏRLƏR

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi


Sumqayıtda yaşayış binasında yanğın olub.

Ekologiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan üçotaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən binanın altı sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
Tam mətni oxu →