Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qəbələdə güclü külək talvarı maşınların üzərinə aşırdı
XƏBƏRLƏR

Qəbələdə güclü külək talvarı maşınların üzərinə aşırdı


Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvar avtomobillərin üzərinə aşıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.

Paylaş:
Tam mətni oxu →