Ana səhifə›
XƏBƏRLƏR
›
Biləsuvar və Cəlilabad ağ örpəyə bürünüb
XƏBƏRLƏR
Biləsuvar və Cəlilabad ağ örpəyə bürünüb
Ekologiya
AMP
Biləsuvar və Cəlilabad rayonuna mövsümün ilk qarı yağıb.Paytaxt.org-un məlumatına görə, qar əsasən Cəlilabadın dağlıq ərazilərinə daha çox yağıb.Qar örtüyünün hündürlüyü Biləsuvar rayonunda və Cəlilabadın mərkəzində 5 santimetr, Cəlilabadın kəndlərində isə 10 santimetrə çatıb.Təbiət hadisəsi nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.Hazırda bölgədə şaxtalı hava şəraiti davam edir.