Ana səhifə›
XƏBƏRLƏR
›
TƏCİLİ XƏBƏR: Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI - ən təhlükəli günlər bu tarixlərdə olacaq
XƏBƏRLƏR
TƏCİLİ XƏBƏR: Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI - ən təhlükəli günlər bu tarixlərdə olacaq
Ekologiya
AMP
Bu həftə intensiv günəş partlayışları səbəbindən geomaqnit aktivliyi artacaq. Son 24 saat ərzində 10 C və M sinif partlayışları baş verib.Alimlər maqnit qasırğaları barədə xəbərdarlıq edirlər ki, bu da təkcə rabitənin kəsilməsinə deyil, həm də insanların sağlamlığına təsir göstərə bilər.Qırmızı səviyyəli maqnit qasırğalarının göstəriciləri dekabrın 14-dən müşahidə edilir və dörd gün ardıcıl olaraq elm adamları Yer üzərində K indeksi 5 olan fırtınanın tüğyan etdiyini bildirirlər.• 18 dekabr - geomaqnit aktivliyi K-indeksinin 6-cı səviyyəsinə çatacaq ki, bu da güclü tufana uyğun gəlir. Bu gün baş ağrıları, yorğunluq, yuxu problemləri və əsəbiliyin artması mümkündür.• 19-20 dekabr - Qasırğa davam edəcək və aktivlik səviyyəsi yüksək olaraq qalacaq.• 21-23 dekabr - aktivliyin sabit maqnit sahəsini göstərən K-indeksi 2-yə qədər azalması gözlənilir.Əlavə etmək lazımdır ki, alimlərin bütün proqnozları ilkindir, çünki günəşin aktivliyi çox dəyişkəndir. Qasırğaların dəqiq tarixləri və intensivliyi günəş aktivliyindən asılı olaraq dəyişə bilər. (lent.az)