Tərtərdə “Yaşıl Dünya naminə Həmrəylik ili” çərçivəsində “Ekosistemin mühafizəsi və innovativ texnologiyaların tətbiqi ilə bağlı tədbir olub/FOTO
Tərtərdə “Yaşıl Dünya naminə Həmrəylik ili” çərçivəsində “Ekosistemin mühafizəsi və innovativ texnologiyaların tətbiqi ilə Tərtər rayonu üzrə pay torpaqlaın səmərəli istifadəsi modelinin hazırlanması” layihəsinin təqdimatı keçirilib.
Ekologiya.az bildirir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Layihənin rəhbəri Texnika elmləri doktoru, professor Ziyad Abbasov, Türkiyə EGE Universitetinin professoru Beyliş Təkin, Aqrar elmlər doktoru, professor Nizami Seyidəliyev, ADAU-da kafedra müdiri, professor Mirnaib Mirsalahov, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dossent Anar Hətəmov, kənd təsərrüfatında çalışan fermer və sahibkarlar iştirak ediblər.