• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu günlə bağlı əhaliyə XƏBƏRDARLIQ - Saat 16:00-dan sonra...

    25

    dek

    Bu günlə bağlı əhaliyə XƏBƏRDARLIQ - Saat 16:00-dan sonra...

    Bu günə gözlənilən maqnit qasırğası rekord qırmayacaq və bir gündən az davam edəcək.

    Ekologiya.az xəbər verir ki, bu barədə RBC-yə müsahibəsində Krım Astrofizika Rəsədxanasının tədqiqatçısı Sergey Nazarov məlumat verib.

    O qeyd edib ki, dekabrın 23-də və 24-də günəş partlayışları olub. Onlardan ən güclüsü dekabrın 23-də nahar vaxtı baş verib. Ekspert bildirib ki, o, demək olar ki, X səviyyəsinə çatıb ki, bu da günəş partlayışlarının ən güclü sinfidir.

    "Ancaq bu güclü partlayış olduqca qısa çəkib və o, birbaşa Yerə yönəlməyib. Həmçinin böyük miqdarda plazmanın buraxılmasına səbəb olmayıb", - deyə Nəzərov davam edib.

    Onun sözlərinə görə, maqnit qasırğası böyük ehtimalla yalnız şimal enliklərini əhatə edəcək. Bu, Kola yarımadası, Arxangelsk və Sankt-Peterburq sakinlərinə hava şəraiti yaxşı olarsa, avroranı müşahidə etməyə imkan verəcək.

    Xatırladaq ki, proqnozlara görə, dekabrın 25-i günortadan sonra Günəşdən koronal kütləvi atılma Yerə çatacaq. Bakı vaxtı ilə saat 16:00-dan sonra bu, zəif və ya orta səviyyəli G1-G2 sinifli maqnit qasırğasına səbəb olacaq.

    Tarix : 25-12-2024, 12:46 | Oxunub: 1 000