Ölkəni SARSAN HADİSƏ: AZAL-ın təyyarəsi qəzaya uğradı, yerə çırpılıb PARTLADI: çox sayda ölü və yaralı var/Video+Foto
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi zamanı yerə çırpılaraq partlayıb.
Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Paytaxt.org verir ki, sərnişinlər arasında uşaqlar da olub, hadisə ilə bağlıməlumatda deyilib ki, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Daxil olan məlumatda deyilib ki, təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan 3-ü uşaqdır.
Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Hadisə ilə bağlı Çeçenstan prezidenti Kadırov da teleqram kanalında yazıb.
"Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm", deyə Çeçenistan rəhbəri qeyd edib. Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib.
Təyyarə qəzası ilə bağlı EKSKLÜZİV AÇIQLAMA
Paytaxt.org bildirir ki, daha ətraflı RTV-də izləyə bilərsiniz: