Azərbaycana qar yağdı - FAKTİKİ HAVA
Hava şəraiti dəyişib.
Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Balakən, Şəki, Mingəçevir, Zaqatala, Sarıbaşda (Qax), Ağstafa, Ceyrançöl, Gəncə, Tovuz, Yevlaxda arabir yağış, Şahdağ, Gədəbəydə qar yağıb.
Bəzi yerlərdə cənub-qərb küləyi arabir güclənib. Küləyinin maksimal sürəti: Naftalanda 32 m/s, Gəncədə 30 m/s, Tərtərdə 28 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Bərdədə 22 m/s, Şəki, Zaqatalada 20 m/s, Tovuzda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.
Paylaş:
Tam mətni oxu →