Bələdiyyə sədri qanunsuz ova görə cərimələndi
Beyləqan rayon Şəfəq bələdiyyəsinin sədri Cəlilov Paşa Kamil oğlu barədə protokol tərtib edilib.
İşə Beyləqan rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə, bələdiyyə sədri min manatdan iki min manatadək məbləğdə cərimə edilə, yaxud ov hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırıla bilər.