Sabah Xocalıya növbəti köç olacaq - 119 nəfər doğma yurduna qayıdır
Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq.
Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınacaq.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, artıq 27 ailə - 152 nəfər Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.