• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kosmosdan Milad "sürprizi": NASA "kosmik yeni il ağacı"nın görüntüsünü təqdim etdi

    27

    dek

    Kosmosdan Milad "sürprizi": NASA "kosmik yeni il ağacı"nın görüntüsünü təqdim etdi

    Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad ağacına bənzəyən və "kosmik şam" adlanan ulduz topasının yeni fotosu yayılıb.

    Ekologiya.az-ın verdiyi məlumata görə, kadrları ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) təqdim edib.

    Bildirilir ki, "kosmik şamda"kı ulduzların yaşı 1-5 milyon il arasındadır. Bu fakt onların yaşı təxminən 5 milyard il olan Günəşlə müqayisədə xeyli gənc olduğunu göstərir.

    Qeyd edilir ki, Yerdən 2,5 min işıq ili məsafədə yerləşən "Milad ağacı"nın təsvirinin yaradılması üçün NASA-nın Alabamadakı rəsədxanasının məlumatlarından və Arizonadakı astrofotoqrafın teleskopundan alınan optik şəkillərdən istifadə edilib.


    Tarix : 27-12-2024, 11:28 | Oxunub: 1 064