• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "TikTok"er qadınlar SAXLANILDI

    27

    dek

    "TikTok"er qadınlar SAXLANILDI

    Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker xanımlar Zəhra Abbasova  və  Tamilla Mehdiyeva da həbs ediliblər.

    Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hər iki xanım tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə təqsirli bilinərək barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

    Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. /Unikal

    Tarix : 27-12-2024, 19:05 | Oxunub: 1 192