Tam versiya
Ana səhifə XƏBƏRLƏR Cəlilabad və Biləsuvarda güclü külək fəsadlar törədib
XƏBƏRLƏR

Cəlilabad və Biləsuvarda güclü külək fəsadlar törədib


Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsib.

Ekologiya.az xəbər verir ki, axşam saatlarından etibarən əsməyə başlayan güclü külək insanlar arasında təşvişə səbəb olub.

Belə ki, son bir neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə 6 çağırış daxil olub. Bu da əvvəlki normal çağırışlardan təxminən 2 dəfə çoxdur.

Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Digər fəsadların olub-olmaması araşdırılır.

Paylaş:
Tam mətni oxu →