"TikTok"da müxtəlif adlar altında yarışlar təşkil edən şəxslər saxlanıldılar
Naxçıvanda "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "adel085"səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.