Ruslar təyyarəmizi BELƏ VURUB – Ukraynadan detallı AÇIQLAMA GƏLDİ
“Azərbaycan təyyarəsi ilə bağlı Qroznıdakı insident göstərdi ki, hava hücumundan müdafiə sisteminin idarəsinə təlimsiz ekipaj buraxılıb. Onlar hətta hədəfləri belə doğru müəyyən edə bilmirlər”.
“Sərnişin təyyarəsinin həcmi PUA-dan onlarla dəfə böyükdür. Aşkaretmə sistemlərində, hava hücumundan müdafiə sistemlərinin radarlarında bu obyektlər böyük fərqlə görünür. Yəni belə obyektləri qarışdırmaq çox çətindir”.
O deyib ki, PUA-nı sərnişin təyyarəsi ilə səhv salıb vurmaq üçün ya bunu etməkdə istəkli olmalısan, ya da zenit raket kompleksinin idarəetməsi faktiki qeyri-peşəkarlara həvalə edilib. //Globalinfo.az