• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıya külli miqdarda narkotik gətirmək istəyənlər - Biri tanınmış aktyordur

    30

    dek

    Bakıya külli miqdarda narkotik gətirmək istəyənlər - Biri tanınmış aktyordur

    Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ekologiya.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Ramazanov Fərdi Rövşən oğlu gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıblar.

    Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü 1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Neftçala rayon sakini Məmmədov Həsənağa Elçin oğlu müəyyən edilərək saxlanılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, saxlanılanlardan biri - 1993-cü il təvəllüdlü Həsənağa Elçin oğlu Məmmədov bir çox serial, qısametrajlı filmlərdə və reklam çarxlarında çəkilən tanınmış aktyordur.

    Tarix : 30-12-2024, 14:54 | Oxunub: 1 056