Sabirabadda ev yanaraq külə döndü: xəsarət alan var - YENİLƏDİ
Sabirabad rayonunun Qruzma kəndində baş verən yanğın zamanı ev sahibi, 1972-ci il təvəllüdlü Mirzəyev Əlixuda Əli oğlu baş nahiyəsindən yanıq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
31.01.24 - 22:56
Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.
Belə ki, kənd sakini Əliyev Əlixudaya məxsus fərdi yaşayış evi anidən alovlanıb.
FHN nin Sabirabad Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri yanğını söndürüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Faktla bağlı araşdırma aparılır.