Dünyanın ən çirkli havası olan ŞƏHƏRİ
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.
Mütəxəssislər Sarayevoda hava çirkliliyinin artmasını qış fəsli ilə əlaqələndirirlər. Qış aylarında ümumilikdə Qərbi Balkan regionu ölkələrində havanın çirklənməsinə köhnə model avtomobillərin işlənmiş qazları, aşağı kalorili yanacaq və sənaye müəssisələri səbəb olur.